Pirallahıda qəza: 1 ölü, 3 yaralı

14:54 13.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pirallahı qəsəbəsinin girişində yük avtomobili ilə minik maşını toqquşub.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, bir nəfər kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib:

“3 nəfər təcili tibbi yardım briqadasının həkimləri tərəfindən müayinə olunur. 3 nəfərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir”.

Rəsmi məlumata görə, həmin şəxs təcili tibbi yardım avtomobili ilə 3 saylı Şəhər Xəstəxanasına aparıblar.